“Şabalıdlı plov”: Onun digərlərindən fərqi... - VİDEO
01 dekabr 2020 13:54 (UTC +04:00)

“Şabalıdlı plov”: Onun digərlərindən fərqi... - VİDEO

Plovun tarixi çox qədimlərə bağlıdır. Düyüdən hazırlanan plov Azərbaycan mətbəxi ilə yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, İran və bir çox şərq ölkələrinin milli xörək növlərinə daxildir.

Bəzi kulinarların fikrincə, Azərbaycan mətbəxində plovun 200-ə yaxın növü məlumdur. Bura fsincan, çığırtma, südlü, şirin, döşəməli və digər plov növlərini aid etmək olar.

Azərbaycanın regionlarına görə plovun hazırlanma formaları və tərkibləri də müxtəlifdir. Bəzi regionlarda plovu aş da adlandırırlar. Bu plovların hamısı düyüdən hazırlansa da, fərq onların hazırlanma qaydasında olur.

Bu gün təqdim edəcəyimiz “Şabalıdlı plov” Türkiyə mətbəxinə aiddir. Bir zamanlar saraylarda hazırlanan bu plovu artıq öz mətbəxinizdə də bişirə bilərsiniz. Bunun üçün diqqətiniz Lent.az-da olsun.

Şabalıdlı plov üçün lazım olan ərzaqlar:

Düyü - bir kasa,

Soyulmuş badam - 50 qram,

Çam fıstığı - 50 qram,

Püstə - 50 qram,

Qara kişmiş - 50 qram,

Quru şabalıd - 100 qram,

Kərə yağı - 2 xörək qaşığı,

Şüyüd,

Duz,

Qara bibər,

Darçın.

“Şabalıdlı plov” un hazırlanma qaydasına aşağıdakı linkdə baxa bilərsiniz.      

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2708

Oxşar yazılar